"Deyir biri bunu geyindi, mən də geyinim"

"Deyir biri bunu geyindi, mən də geyinim"

"Bizdə rəqabət ifrat dərəcəyə çatıb. Çiyin-çiyinə durub rəqabət aparan yoxdur. İş baxımından qarşına məqsəd qoymalısan. Bəhsə-bəhs başqadır. Bizdə rəqabətlə bəhsə-bəhsi səhv salıblar".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Gündən-günə" verilişində deyib.

İfaçı sənət aləmində rəqabətin olmamasından danışıb:

"Hər şey acığa edilir. Bu nə sənət, nə göstəricidir. Bizdə sağlam rəqabət yoxdur. Filankəs filan şey etdi, mən də edim. Təkrarçılıqdır. Deyir biri bunu geyindi, mən də geyinim. Hamıda geyim, saç, üz eynidir. Artıq səs də eyniləşib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun