“Kişi üçün yük daşımaq ayıb deyil, əxlaqsızlıq, ev yıxmaq ayıbdır” - FOTO

“Kişi üçün yük daşımaq ayıb deyil, əxlaqsızlıq, ev yıxmaq ayıbdır” - FOTO

"Mən həyatımı yaşamışam. Enişi ilə, yoxuşu ilə, əgər-əskiyi bu mənim həyatım olub, mənə aid olub. Elə adam deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar. Mənim bəndə qarşısında günahım yoxdur. Amma Allah qarşısında günahım var. Bunu mənimlə Allah bilir. Bəndəyə aid deyil"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur müğənni Akif İslamzadə deyib. O daha sonra gənclərin öz cığırları ilə getməməsindən gileylənib.

"Özlərini dərk edib tapmaq üçün bir şeyi bilməlidirlər. Siz fərdsiniz. Öyrənmək lazımdır. Necə ki, biz böyüklərimizdən, özümüzdən əvvəlki sənətkarlardan baxıb öyrənmişik. Amma çalışmışıq ki, onların təsiri altına düşməyək. Oxuyanlar var ki, təsir altına düşürlər sonra çıxa bilmirlər. İstər geyim-keçimdə, istərsə də sənətdə hər kəs öz rəngini axtarıb tapmalıdır. Bunun üçün Allah sənə şüur verib. İnsanın məqamı çox yüksəkdir" deyə sənətkar bildirib. 
Akif İslamzadə bildirib ki, sənətdə hörmət qazanmaq çətindir.
 
"Tamaşaçının hörmətini qazanmaq, bu hörməti qoruyub saxlamaq asan deyil. Bunun üçün ilk növbədə insan gərək özü-özünə hörmət etsin. Başqasında günah axtarmasın, rişxənd etməsin. İnsanın səhvi olar, nəyisə düzgün etməz, amma bunu da deməyin yolu var. Ola bilər ki, kimsə keçmişində ona aid olmayan bir işdə işləyib. Bu ayıb deyil. Ev yıxmaq, ədəbsizlik, əxlaqsızlıq ayıbdır, amma kişi üçün yük daşımaq, çörək pulu qazanmaq ayıb deyil. Ona görə də deyirlər ki, kiminin əvvəli, kiminin axırı" deyə müğənni Akif İslamzadə deyib.
 
O münasibət saxladığı sənət yoldaşlarından da danışıb.
 
"Sənət yoldaşlarım zəng edib tez-tez hal-əhval tutub, səhhətimi soruşurlar. İlqar Muradov, Rüstəm Zeynallı, Eyyub Yaqubov, Faytonçu Nazim və s. sənət yoldaşlarım xətrini istədiyim insanlardır. Onlar da mənim xətrimi istəyirlər, hər zaman məni diqqətdə saxlayırlar" deyə müğənni bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun