Fransanı "Avroviziya"da müsəlman müğənni təmsil edəcək - FOTO

Fransanı "Avroviziya"da müsəlman müğənni təmsil edəcək - FOTO

"Eurovision 2024" mahnı müsabiqəsində Fransanı müsəlman əsilli fransız müğənni təmsil edəcək.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Slimane Nebchi adlı gənc müğənni əslən Əlcəzairdəndir.

"Eurovision"un sosial media hesabında edilən paylaşımda onun yarışmanı "Mon Amour" adlı mahnı ilə təmsil edəcəyi bildirilib. 

Slimane də sosial media hesabında yarışmaya qatılacağını izləyiciləri ilə bölüşüb.
"Ailəm, qızım, Fransa və sizin üçün".

Xatırladaq ki, Fransanın sonuncu qələbəsi 46 il əvvəl 1977-ci ildə olub. Onların ən pis nəticəsi 2014-cü ildə Fransanın Böyük Finalda sonuncu yeri tutması olub. 

P.S.: Maraqlıdır ki, islamafob addımları ilə gündəmə gələn Fransanın budəfəki planı nədir. Söhbət rəsmi Parisdən gedirsə, hansısa hərəkətinin arxasında hiyləgər niyyətin dayanmasına şübhə etmək yersiz olar. 

Maraqlıdır ki, islamafob addımları ilə gündəmə gələn Fransanın seçimi maraq doğurur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun