Teylorun konsertindəki ölümə səbəb nə olub?

Teylorun konsertindəki ölümə səbəb nə olub?

Braziliyada Teylor Sviftin konsertində 23 yaşlı pərəstişkarının ölümünün səbəbi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rio Məhkəmə Tibb İnstitutunun apardığı rəsmi araşdırmanın nəticəsinə görə Ana Benevides istidən dünyasını dəyişib.

Hesabatda mərhumun vəfatı ilə nəticələnə biləcək xəstəlikləri və ya qeyri-qanuni maddələrə aludəçiliyi olmadığı da göstərilib.

Qeyd edək ki, bədbəxt hadisə noyabrın 17-də baş verib. Ana müğənni ikinci mahnısını ifa edərkən yerə yıxılıb və bir neçə saat sonra xəstəxanada ölüb. Meyit müayinəsinin rəyinə görə, istidən qızın ağciyərləri çətinliklə işləyib və bu da onun infarkt keçirməsinə səbəb olub.

Konsertin təşkilatçısı "Time4Fun" şirkəti isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, şahidlər şou zamanı istidən huşunu itirmə və ürək bulanmasından şikayətləniblər. Stadionda temperatur isə 60 dərəcəyə çatıb. Gecəyə tamaşaçıların özləri ilə su götürməsinə də icazə verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun