Musiqiçi yuxuda cadu görüb arvadını vəhşicəsinə ÖLDÜRDÜ

Musiqiçi yuxuda cadu görüb arvadını vəhşicəsinə ÖLDÜRDÜ

Moskvanın Timiryazevski məhkəməsi 24 yaşlı Volqoqrad sakini Annanın vəhşicəsinə öldürülməsi ilə bağlı qərar çıxarıb.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu il martın 29-da Beskudnikovski bulvarındakı mənzildə Annanın çoxsaylı bıçaq xəsarətləri olan meyiti tapılıb.

Məlumata görə, cütlük birlikdə Moskvaya köçüb. Əvvəllər Maçulin məmləkətində dərs deyib və məsləhətçi kimi uşaq düşərgələrinə gedib. Moskvada barmen kimi işə düzəlib və eyni zamanda "Vellkill" musiqi qrupunda gitara çalmağa başlayıb. Qısa müddətdə həmin şəxs narkotikə aludə olub. Gənclər arasında son davanın səbəbi də bu olub. Maçulin yuxuda Annanın cadugər olduğunu və onu öldürməli olduğunu görüb. Psixoz vəziyyətində olan kişi sevgilisinə hücum edərək onu soyuqqanlılıqla öldürüb.

Ekspertiza müəyyən edib ki, qətl zamanı Maçulin hərəkətlərindən xəbərsiz olub. Məhkəmə onun məcburi müalicəyə göndərilməsinə qərar verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun