Əməkdar artist Elnur Kərimov oğlu Tamerlanla bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor övladının uzun müddətdir müalicə aldığını vurğulayıb.
"Psixoloqlarla yolumuzu davam etdiririk, həkimin yazdığı müalicə öz nəticəsini göstərir. Yolumuz uzundur, amma bunu şərəflə, əzmlə davam etdiririk. Tez-tez bu yol Tamerlan üçün yorucu olsa da, qarşımıza məqsəd qoymuşuq. Bu, bitəcək və biz daha böyük uğurlara imza atacayıq. İnam və səbrlə... Biz artiq bir-birimizi rahat başa düşürük və danışırıq. İnşallah, tam danışacaq və həyatını daha rahat yaşayacaqsan. Mən bu həyatda olana kimi bu inam bitməyəcək. Yanımda olan hər kəsə sonsuz təşəkkür. Autizm xəstəlik yox, fərqlilikdir" deyə, aktyor paylaşımında yazıb.
Qeyd edək ki, E.Kərimovun iki övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun