Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib.

Xatırladaq ki, Hande Erçel bir müddət əvvəl İstanbulun Riva bölgəsində yerləşən villasını da satın almışdı. O, həmin əmlak üçün 2 milyon dollar (təxminən 3,4 milyon manat) vəsait xərcləmişdi.

Qeyd edək ki, aktrisa yaxın keçmişdə iş adamı Hakan Sabancı ilə uzunmüddətli münasibətinə son qoyub. Cütlüyün ayrılığı ilə bağlı mediada müxtəlif iddialar səsləndirilib. Hande Erçelin hazırda "OGM Pictures" şirkətinin sahibi Onur Güvenatamla münasibətdə olduğu da iddia olunur.

Musa
Milli.Az