"Survivor All Star" iştirakçısı Turabi adadan ayrılıb.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Acun Ilıcalı açıqlama verib.
O, bildirib ki, Turabi sağlamlığında yaşadığı problemlərə görə belə bir qərar verib:
"Turabi verdiyi qərarı bizə açıqladı. Yarışmaya davam edə bilməyəcəyini söylədi. Turabi Survivor-da qısa müddətdə böyük iz buraxdı. Keçən həftə oynayarkən zədə aldı. 5 gün həkimi ilə görüşdü. Təəssüf ki, o, davam edə bilməyəcəyini söylədi".
Ilıcalı Survivorda Hilmi Cem və Avatar Atakanın da yer alacağını açıqlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun