Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatın detalları məlum olub.
Milli.Az xəbər verir ki, məlum olduğu kimi İstanbul Baş Prokurorluğu məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində Aleyna Tilki, İrem Sak, Danla Bilic və Mümine Senna Yıldızı saxlayıb.
Yıldızın evində keçirilən axtarış zamanı 5 qram marihuana və narkotik üçün istifadə olunan üyüdücü aparat tapılıb.
Bəzi məşhurlar evdə tapılmayıb. Onlar arasında Şeyma Subaşı və Şevval Şahin də var. Bu şəxslər üçün həbs qərarı çıxarılıb.
Əvvəlki mərhələlərdə 19 məşhurdan qan və saç nümunələri götürülüb. Aparılan analizlərdə 8 nəfərin qanında və ya saçında narkotik, 4 nəfərin isə antidepresan maddələr aşkar edilib.
İstanbul Baş Prokurorluğu bildirib ki, istintaq hələ də davam edir və geniş miqyasda aparılır.
İsmayıl
Milli.Az






















