Xalq artisti Aygün Kazımova Xalq artisti Röya Ayxanla bağlı açıqlamalar verib.
OLAY yazır ki, “İncə səhər”ə açıqlama verən Kazımova həmkarı ilə bağlı xoş xobər çatdırıb:
“Zəng etdi, gözəl bir xəbər verdi. Oğlu İngiltərədə məktəbə, universitetə qəbul olunub. Mən də çox sevinirəm, Röya da o qədər sevinirdi ki. Sevincinə bir ana kimi şərikəm. Oğlunun da səsi anası kimi gözəl yerlərdən gəlsin. O gün olsun oğlunla fəxr edəsən, necə ki, fəxr etməyə başlamısan. Həmişə sevinəsən, mənə də gözəl xəbərlər verəsən, birgə sevinək”.
















