"Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur"

"Doğma nənəsi, atası qızıma 1 stəkan su vermədi ki, sənə verəcək suyum yoxdur"

Müğənni Luna şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edib.

Milli.Az xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan ifaçı yaşadıqlarını danışarkən göz yaşlarını saxlaya bilməyib. Luna bildirib ki, keçmiş həyat yoldaşının ailəsi 16 il ərzində bir dəfə də olsun onun qızı ilə maraqlanmayıb.

Sənətçi deyib ki, qızı bir dəfə nənəsinin qapısına gedib, lakin ona nə bir stəkan su verilib, nə də diqqət göstərilib:

"Qızım qayıdanda dedi ki, üzr istəyirəm, bura gətirdiyim üçün. Bəlkə də atasız olmağında məni günahlandırırdı, amma öz gözləri ilə münasibəti gördü. Doğma ata, əmi, nənə uşağa su belə vermədi".

Luna qeyd edib ki, övladını təkbaşına böyütmək üçün əlindən gələni edib. Onun sözlərinə görə, qızına doqquz müəllim tutub, liseydə oxudub və məhz övladına görə yenidən ailə qurmayıb:

"Kişi başqa gözlə baxar deyə ailə qurmadım".

Müğənni əlavə edib ki, qızı ona daim dəstək olur və bu sözləri ilə onu kövrəldir:

"Qızım deyir ki, mənə görə həyatını yaşamadın, amma mən işləyib sənə ən gözəl həyatı yaşadacağam. Hətta deyir ki, heç vaxt ailə qurmayacağam".

İfaçının səmimi etirafları verilişdə duyğulu anlara səbəb olub və tamaşaçılar tərəfindən böyük müzakirə ilə qarşılanıb.

Musa
Milli.Az