Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldılıb

Ənvər Həsənovun qəbirüstü abidəsi ucaldılıb

Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi hazırlanıb.

OLAY APA-ya istinadən yazır ki, abidə bu yaxınlarda Buzovna qəbiristanlığında Xalq artistinin məzarı üzərində ucaldılıb.

Qeyd edək ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərinin narazılıqları yayılmışdı. İndi ucaldılan abidə isə onun ailəsinin maliyyəsi əsasında hazırlanıb.

Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbi ilə vəfat edib.