Miss Turkey 2025 gözəllik yarışmasının qalibi olan Sıla Saraydemir taxdıqdan sonra ictimaiyyətin böyük marağına səbəb olub. Yarışmada 20 nömrə ilə səhnəyə çıxan Saraydemir münsiflər heyətinin yekun qiymətləndirməsi nəticəsində 2025-ci ilin Türkiyə Gözəli seçilib.
Milli.Az xəbər verir ki, akademik karyerasını davam etdirən Sıla Saraydemir sosial xidmətlər sahəsində təhsil alması ilə də diqqət çəkir. O, yalnız xarici görünüşü ilə deyil, eyni zamanda sosial məsuliyyətə yönəlmiş təhsil seçimi ilə də ön plana çıxır.
22 yaşlı Sıla Saraydemir 1.80 sm boya malikdir. Sağlamlıq Elmləri Universitetində Sosial Xidmətlər fakültəsində təhsil alır.
Lalə Qüdrətova
Milli.Az

















