Eşq yaşadıqları iddia olunan azərbaycanlı reper Asya Alizade və Ezhel sosial şəbəkələrdə gündəm olub.
OLAY yazır ki, Ezhelin anası bu xəbərlərə kəskin etiraz edib. O, oğlunun Asya ilə münasibətinə qəti qarşı çıxdığını bildirib.
Ansı sosial mediada “Normalda oğluma qardaş deyir. Burda bir qərəz var. Bir növ ətrafı danışdırmaq, olmayanı varmış kimi göstərmək. Əsasən mən qarışmıram. Amma “evimin dirəyi” yazanda əsəbiləşdim. Birinci dəfədir bu qədər qəzəbləndim. Ciddi bir münasibətləri olsa, birgə şəkil paylaşıb, yazarlar. Amma çox adamla birgə əylənib, tək imiş kimi qələmə vermək olmaz. Sabah 7-ə qədər onu bir təhər etdim. Şəkərim qalxdı. Daha irəli gedərsə, özü bilər. Şikayət edərəm. Övladım həmişə xeyirli olub. Mən sağ ikən, “zade-made” yaxınlaşa bilməz. Bəzi dostluqları dərhal bir yerlərə yamamayın. İnsanların həyatlarındakı detayları bilmədən qaralamayın. Allah hamımıza xeyirli qız nəsib etsin. Allah oğlumu xanımından və övladlarından üzünü güldürsün. Hamımıza xoş illər”, - deyə, şərh yazıb.
Qeyd edək ki, Asya instaqramda Ezhel üçün “yeznəniz”, “evimin dirəyi” sözlərini yazmışdı. Ezhel isə Alizadenin bayramını Azərbaycan dilində təbrik etmişdi.