“Dovşan ili”ndə subaylığın daşını atan, evinə gəlin gətirən MƏŞHURLAR - SİYAHI

“Dovşan ili”ndə subaylığın daşını atan, evinə gəlin gətirən MƏŞHURLAR - SİYAHI

2023-cü il həm də bir sıra məşhurların toy xəbərləri ilə də yadda qaldı. Sakit, qorxaq "dovşan"ın ayağı çoxlarına düşərli oldu.

Bəzi müğənnilər subaylağın daşını atdı, bəzi sənət adamları isə övladlarına toy edib, evinə gəlin gətirdi.

Milli.Az yenicag.az-a istinadən həmin məşhurların siyahısını təqdim edir:

Populyar müğənni Sevinc Musayevanın toyu oldu. Sənətçi Əli adlı bəylə ailə quraraq subaylıqla vidalaşıb.

Tanınmış şair Şəhriyar del Geraninin toyu olub. Toyda iştirak edən şairin dostları bəylə-gəlinin fotosunu paylaşıblar. Toy məclisi Şəhriyarın anadan olduğu İmişli rayonunda baş tutub. Şairinin ailə qurduğu xanımın adı Leyladır.

Bakıda məşhur videoqraf Hüseyn Qəribov evliliyə "xoşgəldin" deyib. Onun dəbdəbəli toyuna bir çox ünlülər də qatılıb.

Tanınmış aparıcı Çinarə Əliyeva da bu il ağ gəlinlik geyənlər sırasında oldu. O, estetik cərrah Ruslan Rəsulla dünya evinə girdi.

2023-cü ildə şou-biznesdə subaylığın daşını atanlardan biri də müğənni Səidə Sultan oldu. O, nişanlısının üzünü hamıdan gizlətməklə, hər kəsin diqqətini üzərinə çəkdi.

Xalq artisti Simarə İmanova isə oğlu Məhəmmədi evləndirdi.

Keçmiş "Karvan" qrupunun solisti, müğənni İlqar Xəyal da oğlu Fuadı evləndirib, evinə gəlin gətirib. Paytaxtın lüks restoranlarının birində baş tutan məclisdə şou-biznesin məşhur simaları qatılıb. Sənətçinin oğlu Cəmilə adlı xanımla ailə qurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun