Frenk Sinatranın evi milyonlarla dollar endirimlə satışa çıxarıldı - FOTOlar

Frenk Sinatranın evi milyonlarla dollar endirimlə satışa çıxarıldı - FOTOlar

ABŞ-də amerikalı müğənni Frenk Sinatranın evi milyonlarla dollar endirimlə yenidən satışa çıxarılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, keçən dəfə evin hazırkı sahibi onu 2021-ci ildə 21,5 milyon ABŞ dollarına (36, 55 milyon manat) satışa çıxarıb, daha sonra isə onu satmaq fikrindən daşınıb. 2023-cü ildə onu çox böyük endirimlə satışa qaytarıb - indi məşhur evi 8,9 milyon dollara (15,13 milyon manat) almaq olar.

Los-Ancelesdə San Fernando vadisinin yuxarı hissəsindəki dağda yerləşən malikanə ötən əsrin ortalarında tikilib. Evin pəncərələrindən "Çatsuort" təbiət qoruğuna mənzərə açılır.

Verilən məlumata görə, Sinatra evin ovaxtkı sahibi, bank imperiyasının varisi Dora Hatçinsonun sayəsində evdə səkkiz il pulsuz yaşayıb. Daha sonra film şirkətləri "Transformers" filminin, eləcə də "Californication" serialının çəkilişləri üçün binanı icarəyə götürüblər. Bundan əlavə, burada Mayli Sayrusun "Flowers" mahnısına çəkdirdiyi klipin səhnələri də çəkilib.

Dörd yataq otağı, eləcə də altı hamam otağı olan ev təxminən 1,61 hektar ərazidə yerləşir. Bundan əlavə, 618,8 kvadratmetrlik malikanədə bir neçə geniş qonaq otağı, mətbəx, yeməkxana və bir neçə kamin var. Əmlakın xüsusiyyətlərinə 4,87 metr hündürlüyündə olan tavanlar və şüşə döşəmə daxildir.

Əvvəllər evdə tez-tez "Beatles" qrupunun üzvü Pol Makkartni də daxil olmaqla müxtəlif məşhurların göründüyü ziyafətlər keçirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun