Müğənni Natavan Həbibi ağır əməliyyat keçirib.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi illərdir əziyyət çəkdiyi problemi aradan qaldırıb. Natavan onurğa fəqərəsinə görə əməliyyat masasına uzanıb.
O, əməliyyatdan öncə sonuncu dəfə jurnalist Pərviz Hüseynin ad günündə iştirak edib.
Məclisdə də Natanın vəziyyətinin yaxşı olmadığı görülüb. Daha sonra vəziyyəti kritikləşdiyi üçün 14 may tarixində təcili əməliyyata aparılıb.
Müğənninin durumu hazırda yaxşılığa doğru gedir.