"Yanımda olmaq istəyən bir kişi məndən qat-qat artıq pul qazanmalıdır. Sevdiyim şəxs ən azından milyonçu olmalıdır".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Xəbərin var?" verilişinə açıqlamasında deyib.
Atasının ölümündən söz salan müğənni ona heç kimin qadağa qoya bilməyəcəyini qeyd edib: "Mənim kimi qadını "daşımaq" çox çətindir. Ona görə də, "ağ atlı şahzadə"ləri anlayıram. Mənə heç bir kişi bu yaşımda qadağa qoya bilməz. Qadağa qoyan bir insan var idi, o da atam idi. Atam da dünyasını dəyişdi. Atamdan, bir də Allahımdan başqa heç kimdən çəkinməmişəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun