"Möhtəşəm Yüzyıl" serialında Hürrəm Sultan obrazını canlandıran türkiyəli aktrisa Meryem Üzərli qızı Lilinin üçüncü ad gününü rus cizgi filmi "Maşa və Ayı" üslubunda qeyd edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, aktrisa bayramdan fotoları İnstaqram səhifəsində yerləşdirib.
Üzərli və qızı Maşanın geyiminə bənzər kostyumlar geyiniblər. Eyni zamanda, otaq çələnglər və cizgi film qəhrəmanlarının təsvirləri olan şarlar ilə bəzədilib. Doğum günü tortu və desertlər də Maşa və Ayı personajlarının fiqurları ilə bəzədilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun