"Kimler geldi, kimler geçti 2" serialına daha bir aktyor daxil olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, ekran işində Cansel Elçin də rol alacaq. O, həyat yoldaşı Zeynəb Tuğçe Bayatın (Beliz) da çəkildiyi serialda "İskəndər" obrazını canlandıracaq.
Qeyd edək ki, baş rollarını Serenay Sarıkaya, Metin Akdülger, Hakan Kurtaş, Boran Kuzum, Meriç Aral, Ahmet Rıfatın rol aldığı ekran işi "Netflix" platformasında yayımlanacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun