İş adamı Ziya Hüseynzadanin məhkəməsi başlayıb.
OLAY yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən tərəfin Z.Hüseynzadənin həbsdən ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb, lakin təmin edilməyib. Zərərçəkmiş şəxslərdən birinin vəkili Asim Abbasov “Qafqazinfo”ya bildirib ki, hazırlıq iclası təxirə salınaraq yanvarın 17-nə təyin edilib.
Bundan başqa, zərərçəkmiş şəxsin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyiblər. Müdafiə tərəfi vəsatəti onunla əsaslandırıblar ki, istintaq materiallarında ailə sirri təşkil edən məlumatlar var.
Müttəhim Hüseynzada qarşı tərəfin vəsatətinə etiraz edib. O, hakim heyətindən məhkəmə istintaqının açıq keçirilməsini, media nümayəndələrinə çəkiliş aprmaq üçün icazə verilməsini xahiş edib.
Sədrlik edən hakim Siyavuş Hacıyev mediaya görüntü qeydə almaq üçün icazə verib. İstintaqın qapalı aparılması məsələsinə isə hələ ki münasibət bildirilməyib.