Müğənni "FKA Twigs"in (Taliya Debrett Barnett) yer aldığı "Calvin Klein" reklam posteri İngiltərədə qadağan edilib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aprel ayında yayımlanan afişada aktrisanın çiyninə asılmış cins köynək geyindiyi, ombasını və bir sinəsini yarısını açdığı görünür.
Qadağaya səbəb səbəb görüntüdə qızın obyektivləşdiriməsidir və bu posterin məhsulu təmsil etməməsi olub.
Reklam Standartları İdarəsinə sözügedən şəkillə bağlı iki şikayət daxil olub. Qurum müğənninin stereotipik seks obyekti kimi göstərildiyini bildirərək şikayətləri qəbul edib və təmin edib:
"Reklamda çılpaqlıqdan istifadə edilib və "FKA Twigs"in geyimindən çox fiziki xüsusiyyətlərinə diqqət yetirilib. O, stereotipik seks obyekti kimi təsvir edilib. Buna görə də biz belə nəticəyə gəlirik ki, reklam məsuliyyətsizdir və ciddi pozuntuya səbəb ola bilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun