Məşhur aktrisa Afra Saraçoğlu çəhrayı mini libası ilə göz qamaşdırıb.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, "Star TV"nin rekord qıran Yalı Çapkını serialındakı Seyran obrazı ilə geniş pərəstişkar kütləsi qazanan Afra ötən gün reklam siması olduğu markanın gecəsinə qatılıb.
Dərin dekolteli, çəhrayı libası ilə gecəyə damğasını vuran Saraçoğlu gözəlliyi ilə hər kəsi valeh edib.
Aktrisanın üslubunu çox şişirdilmiş hesab edənlər olsa da, bəyənənlər daha çox olub.
Afranın paltarının qiyməti də hər kəsi təəccübləndirib. Məşhur brendə məxsus paltar 74 min TL (4181 manat) dəyərindədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun