Aktrisanın ölüm səbəbi açıqlandı

Aktrisanın ölüm səbəbi açıqlandı

Fransız aktrisa Brijit Bardonun ölüm səbəbi onkoloji xəstəlik olub.

OLAY yazır ki, bu barədə “Paris Match” jurnalı məlumat yayıb.

Ətraflı məlumatı onun həyat yoldaşı Bernar Dormal verib. O bildirib ki, son vaxtlar bel ağrıları səbəbilə aktrisa yaşamaq istəyini itirdiyini deyib:

“Son aylarda bu sözlər ondan iki-üç dəfə çıxmışdı, fiziki əzab çəkdiyi anlarda hər şeydən bezdiyini söyləyirdi”, – deyə Bernar bildirib.