Xəbər verdiyimiz kimi, jurnalist Elvin Basqallı ailəsi ilə birgə qəzaya düşüb. "Hyundai Santafe" markalı 77 GT 210 dövlət nömrə nişanlı avtomobil sürüşərək yolun kənarına aşıb. Hadisə vaxtı avtomobildə sürücü Elvin Basqallı, qardaşı Nicat, anası və övladı olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sosial şəbəkələrdə Elvin Basqallının qəzanı reytinq xatirinə törətdiyi, avtomobilin şəkillərini özünün çəkib yaydığı ilə bağlı iddialar səsləndirilir. İddialarla bağlı jurnalistlə əlaqə saxladıq.
Milli.az xəbər verir ki, Elvin Basqallı News24.az-a açıqlamasında bildirdi ki, şəfa diləyənlərə də, bu şəkildə iddialar səsləndirənlərə də təşəkkürünü bildirir:
"Belə bir şey haqqında danışmaq ayıbdır. Kimə demək olar ki başqa cür fikirləşmə, yazma, danışma. Mən özüm də yazılanları görmüşəm. Nə deməliyəm o haqda? Yalandan aşırtmışam maşını? And içim? Təki yalan olsun. Nə istəyirlər fikirləşsinlər. Hər birinə təşəkkür edirəm. Şəfa versin deyənlərin də Allah canını sağ eləsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun