Ssenari bəyənilmədi, ssenarist dəyişdi

Ssenari bəyənilmədi, ssenarist dəyişdi
Ssenari bəyənilmədi, ssenarist dəyişdi

Aktyor heyəti və süjeti ilə diqqət çəkən “Tuzlu Kahve” serialında ssenarist dəyişikliyinə qərar verilib.

OLAY yazır ki, ilk bölümdən etibarən layihənin ssenarisini yazan Aslı Zenginlə yollar ayrılıb.

Ssenarinin tamaşaçılar tərəfindən bəyənilməməsi səbəbindən baş tutduğu bildirilən dəyişikliyə əsasən, serialın yeni bölümlərini bundan sonra Ekin Atalar qələmə alacaq.

Mənbə: olay.az