“Təmtəraqlı yas mərasimlərinin tərəfdarıyam”

“Təmtəraqlı yas mərasimlərinin tərəfdarıyam”

“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin növbəti qonağı kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev olub.

OLAY yazır ki, A. Salayev proqramda bir çox maraqlı məqamlara toxunub.

O, təmtəraqlı toylardan və yas mərasimlərindən söz açıb.