Avroviziya təmsilçilərimizdən olan müğənni Dilarə Kazımova ilk dəfə həmkarı Samirə Əfəndi ilə arasında baş verən küsülülüyün səbəblərindən söz açıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda Dilarə "Xəzər axşamı" verilişinə müsahibəsində danışıb.
Dilarə bildirib ki, tədbirlərin birində Samirə ilə üz-üzə gəlsə də, qarşı tərəf ona salam verməyib və bundan sonra ikili arasında münasibətlər bitib:
"Bizim münasibətimiz yoxdur. Heç özüm də bilmirəm ki, bizim aramızda nə baş verdi? Samirə məni görüb salamlaşmadı. O, bir dəfə mənimlə salamlaşmadı, mən də bu hadisədən sonra onunla salamlaşmadım. Bizim münasinətimiz yoxdur.
Danışmırıq... Danışmamağımızın səbəbi də yoxdur. Məncə səbəbi ancaq Samirə özü bilir. Çünki o, birdən-birə mənimlə salamlaşmadı. Vaxt var idi ki, mən ona çox böyük dəstək olmuşdum. Hətta "Böyük səhnə" müsabiqəsinin seçim turlarında ona dəstək olmuşdum. Özüm "Avroviziya"ya gedəndə belə dəstək olmuşdum. Amma sonra başa düşdüm ki,...
Yəni mən belə insan da deyiləm ki, özüm soruşum ki, siz mənimlə niyə salamlaşmırsınız? İnsan çatdırmaq istəsə özü danışar - niyə? Bununla bağlı mənə mesaj yazar və ya zəng edər. Amma oradan-buradan söz-söhbətlər eşidirəm. Yəni yadımda olmayan bir söhbət... Ümumiyyətlə, mənimlə əlaqəli orada heç bir şey yoxdur".
Proqramın canlı efirində qonaq olan Samirə Əfəndi məsələ ilə bağlı bunları dilə gətirib:
"Mənim heç kimlə problemim yoxdur (gülür). Zövqlər müxtəlifdir. Bu məsələ "salam" söhbəti deyil. Orada tamam başqa bir məsələdir. Bir televiziya kanalının Yeni İl şousunda iştirak edirdik. Orada aramızda xoşaqəlməz insident baş verdi.
Anlamadım ki, niyə mənə qarşı belə hərəkət oldu. Amma yəqin ki, hər kəs öz səhvini sonda başa düşüb. Hər kəsə uğurlar arzu edirəm. İnşallah, "Altın Kelebek" mükafatını onlar da qazananlar.
Dilarə Kazımovanı çoxdan tanıyıram. Mən peşəkar səhnəyə yeni addımlar atırdım. Dilarəni "Unformul" qrupu olandan tanıyıram. O zamanlar mənim 15 yaşım vardı. Daha sonra 20 yaşımda Dilarəni çalışdığım məkanda şou proqramlarda çıxış edərkən görürdüm.
O zamandan bizim münasibətimiz soyuq olub. Mən hamıya salam verirəm. Əgər məkana sonuncu daxil oluramsa, mütləq şəkildə salam verirəm. Çünki belə bir tərbiyə almamışam ki, salam verməyim".
Qeyd edək ki, Samirə Əfəndi uzun müddət küsülü olduğu həmkarı Nigar Camalla ötən il Xalq artisti Aygün Kazımovanın doğum günü məclisində bir araya gələrək barışmışdılar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun