Amerikalı 26 yaşlı repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) yenidən həbs edilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, musiqiçi Dominikan Respublikasında məişət zorakılığında ittiham olunur. Reper hazırda Santo Dominqo həbsxanasındadır. Onun istintaq zamanı həbsdə saxlanılıb-saxlanmayacağına yaxın vaxtlarda məhkəmə qərar verəcək.
Agentlikdə reperin vəkilinin olub-olmaması barədə də məlumat yoxdur.
Qeyd edək ki, Deniel əvvəllər də bir neçə dəfə həbs olunub. O, ötən ilin oktyabr ayında yerli musiqi prodüserinə hücum etməkdə ittiham edilərək azadlıqdan məhrum edilmişdi. Sonda reper 500 min dollarlıq girov qarşılığında sərbəst buraxılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun