“Sevgini maddiyyatla ölçürəm və..." - Vəfa Şərifova

“Sevgini maddiyyatla ölçürəm və..." - Vəfa Şərifova

Müğənni Vəfa Şərifova qonaq olduğu "Xəbərin var?" verilişində maraqlı açıqlama verib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o sevgini maddiyyatla ölçdüyünü deyib.

"Sevgini maddiyyatla ölçmək lazımdır, bəylərin quru sözünə aldanmaq olmaz. Xanım bir bəydən hədiyyə ilə dəyərini ölçməlidir. Bəzi xanımların 2-3 ildir sevgilisi var, adamın 10 dənə evi var, amma kirayə evdə yaşayır. Burada hansı sevgidən söhbət gedə bilər? -  o bildirib.

Onun sözlərinə görə, kişilərin sözlərinə şübhə ilə yanaşır. 

"Şübhə ilə yanaşmaq lazımdır. Kişinin sevgisini ölçmək üçün hər zaman madiyyat lazımdır. Öncə sınağımdan bir bəy madiyyatla keçir. Pul çox vacibdir. Məni gül və ətirlə aldatmaq mümkün deyil. Hələ söz heç. Ən azı brilliant olmalıdır. Pul çox axmaq şeydir. Pul insanda xoşbəxtlik hormonunu oyadır. Pul hörmətsizi hörmətli, dəyərsizi dəyərli edir", - o vurğulayıb. 

Bir müddət əvvəl müğənni Vəfa Şərifovanın həyat yoldaşı, iş adamı Famil Xəlilovdan küsmüşdü. Əri Vəfanın bağışlaması üçün ona həm Bakıda, həm də Dubayda mənzil almışdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun