“Kişi qəbirdə dirilmişdi”

“Kişi qəbirdə dirilmişdi”

Aparıcı Elgiz Əkbər qarşılaşdığı maraqlı hadisədən danışıb.

OLAY yazır ki, bu barədə “Elgizlə izlə”də açıqlama verən E. Əkbər bildirib ki, əhvalat Gürcüstanda baş verib:

“Gürcüstanın kəndində bir kişi dünyasını dəyişib. Ailəsinə etmədiyi pislik qalmayıb, hamıyla yaxşı olub, amma ailəsinə düşmənlik edib. Günlərin bir günü bu pis adam ölür, hamı elə sevinir ki. Elə sevinirlər... 15 dəqiqəyə canını tapşırıb, yarım saat keçən kimi sevindiklərindən aparıb basdırıblar. Meyiti uzun yolla aparıb basdırıblar. Axı ölü basdırılandan sonra qəbrin üstünə su tökürlər. Bu vaxt kişi ayılır. İndi mümkün deyil, qəbirdən çıxmaq olar? İki ton beton tökürlər. Deyirlər, qurd-quş girməsin. İlhamə xanım həmişə deyirdi ki, cücülərdən qorxuram, tabutda basdırın. Gürcüstanda bu adət hökm sürür, beton tökmürlər. Ona görə kişi ayılır, əli ilə torpağı qazıb, kəfənə bürünüb, çıxır. Həyat yoldaşı da tövləni təmizləyirmiş. Bu kişi adamlar dolama yolla fırlanıb gələnə qədər kəsə yoldan evə gəlir. Birbaşa tövləyə girir. Birinci evə gir də. Arvad görür ki, bu kəfəndə çıxıb gəlib. Çox pis olur. Stressdən ürəyi partlayıb ölür. Bu evdə gəlib çay içir. Sonra yazıq qadını basdırmağa aparırlar. Kişi bizim studiyaya gəlmişdi”.