Stilist Anar Ağakişiyevin parkinq problemi həll olunub.
OLAY yazır ki, bununla bağlı Xəzər TV süjet hazırlayıb. Yer üstü nəqliyyat agentliyindən bildirilib ki, iş yerlərinin qarşısında, yaxınlığında parkinq üçün heç bir imtiyaz nəzərdə tutulmayıb. Bundan əlavə, xarici vətəndaşlar üçün qeydiyyatda olduqları ünvanın yanında parkinq ödənişsizdir.
Ağakişiyev isə bu xəəbir “Nəhayət səsimi eşitdilər” başlığı ilə paylaşıb.
Xatırladaq ki, bir müddət öncə Anar xarici vətəndaş olduğu üçün yalnız evinin qarşısında parkinqin pulsuz olduğunu, amma iş yerinin yanında maşın saxlamaq üçün ödəniş etdiyini bildirib.