Müğənni Nüşabə Musayeva ona zəng edərək pul istəyən izləyicisini biabır edib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında həmin şəxsin nömrəsini paylaşan ifaçı zəng edən şəxsin ondan pul istədiyini, yox cavabı aldıqda isə ona qarğışlar yağdırdığını bildirib:
"Bir "fışfıntı" bu nömrədən zəng edib pul istədi. Köməkçim deyir ki, bu nömrə toylarla bağlıdır, deyir, yox, mənə kömək lazımdır. Yenə də köməkçim bildirdi ki, kömək edə bilməyəcəyik, əgər toyla bağlı sözünüz yoxdursa, bu nömrəni yığmayın. Bir də geri zəng edib ağzına gələni deyib qarğış edir, sonra telefonu bağlayır.
Buradan bu tip sırtıq, üzsüz, "moşennik"lərə səslənirəm: iş nömrəm yalnız toylarla bağlı zənglər üçündür. Mən də kiminsə dədəsinə borclu deyiləm! Kim mənə nə arzu edirsə, min misli özünə, əzizlərinə qismət olsun. Evdə oturduğum yerdə məni narahat edib təhqir və qarğış səsləndirən zibil, sənin yerin elə oradır! Allah hər kəsə ürəyinin payını verir".
Xanım sənətçi gün ərzində minlərlə insanın ona zəng vuraraq pul istəməsinə üsyan edib:
"Bəsdir, insanı yaxşılıq etməkdən də peşman etdiniz, iyrəndirdiniz! Elə bil mənimlə birgə əziyyət çəkib pul qazanıblar, ya da mən hər gələn zəngə pul paylamalıyam.
Gündə minlərlə zəng gəlir, bu nədir belə ölkənin yarısı dilənir. Bəsdir! Mən ifaçıyam, ay insanlar, milyonçu deyiləm, bank üstündə oturmamışam. Gedin, əziyyət çəkin, işləyin və qazanın!"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun