Müğənni Günel Zeynalova bir müddətdir özəl həyatı ilə bağlı etdiyi paylaşımları ilə diqqət çəkir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial media hesabı üzərindən ona ünvanlanan sualları cavablayıb. O, "Həyatınızda biri var?" sualına "Yox, amma artıq ola da bilər. Olarsa, gözəl olar, olmasa da olar. Olacağa buraxdım. Olsun, eşq olsun" deyə, cavab verib.
Günel ona göndərilən mavi rəngli güllərin kimin hədiyyəsi olması ilə bağlı sualları isə cavabsız qoyub. Belə ki, ona göndərilən çiçəyin üzərində "Gülümə gül" qısa notu yer alıb. Günel buna qarşılıq olaraq "Sev məni" deyə, reaksiya verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun