“Cahan”ın bu klipi efirdə yayımlanmayacaq

“Cahan”ın bu klipi efirdə yayımlanmayacaq

Bir müddət əvvəl onkoloji xəstələrə dəstək xarakterli klipləri ilə gündəmə gələn “Cahan” qrupu daha bir işini təqdim edib.

OLAY yazır ki, “Nankor” adlı mahnıya çəkilən klipdə aktyor Manaf Dadaşov və blogerlər rol alıblar.

Layihənin rəhbəri Vüqar Şəfiyevin sözlərinə görə, klip telekanallarda yayımlanmayacaq. Ekran işi yalnız sosial platformalar üçün nəzərdə tutulub. Klipdə tamaşaçılara pis vərdişlərdən uzaq olmaq kimi sosial mesaj göndərilir.

“Nankor” mahnısının sözləri Leyli İsrafilova-Erol, musiqisi Hakan Erola məxsusdur. Klipin rejissoru Aslan Qarayevdir.