Türk kinosunun unudulmaz simalarından, “Yeşilçam”ın “Qızıl Oğlan” ləqəbli ustad aktyoru Göksel Arsoy 90 yaşında vəfat edib.
OLAY yazır ki, 1950-ci illərdən etibarən türk kinosunda çoxsaylı ekran əsərlərində rol alan Göksel Arsoy, xüsusilə baş qəhrəman obrazları ilə yaddaşlarda iz qoyub. Yaraşıqlılığı və aktyorluğu ilə dövrünün seçilən simalarından olan Arsoy “Yeşilçam”ın mühüm ulduzlarından biri idi.


Mənbə:
olay.az
















