"Eynəklərim BAHALIDIR, 2500 manata alıram"

"Eynəklərim BAHALIDIR, 2500 manata alıram"

Müğənni Qumral yeni aldığı bahalı eynəkləri ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçinin açıqlamaları sosial şəbəkələrdə böyük maraq və müzakirə yaradıb.

Qumral bildirib ki, əslində eynək taxmağı sevmir, lakin daha çox görüntü və üslub üçün eynək alır. Onun sözlərinə görə, istifadə etdiyi eynəklərin hamısı bahalı və orijinaldır:

"Mən əslində eynək taxmağı sevmirəm, amma göstəriş üçün almışam. Eynəklərimin hamısı bahalıdır, originaldır. A class deyil".

Müğənni qeyd edib ki, kolleksiyasında qiyməti 1750 manatdan 2500 manata qədər olan eynəklər var. O, yalnız özü üçün deyil, anası üçün də bahalı eynəklər aldığını vurğulayıb.

Qumral efirdə eynək taxmasının trend yaratdığını da iddia edib:

"Mən efirə eynək taxandan sonra görürəm ki, başqaları da taxır. Eybi yox, gör-götür dünyasıdır".

Sənətçinin bu sözləri izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri onun səmimiliyini təqdir etsə də, digərləri açıqlamaları müzakirə mövzusuna çevirib.

Musa
Milli.Az