Bloger Hüseyn Həsənov formada qalma sirrini açıqlayıb.
Milli.Az xəbər verir ki, blogerin səhər rütini olduqca sərtdir. O, hər səhərini 10 ədəd qaynadılmış yumurta, yulaf və protein kokteyli ilə açır. Bundan əlavə, bədəninin ehtiyacı olan vitamin balansını da unutmur.
Bloger qeyd edib ki, əvvəlki xaotik həyat tərzindən (gec yatmaq və nizamsız oyanmaq) tamamilə uzaqlaşıb. İndi o, yuxu rejiminə xüsusi önəm verir: Axşam 23:00-da yatır, səhər 07:00-da artıq ayaqdadır.
Bu rejim sayəsində orqanizminin 97% nisbətində bərpa olunduğunu və özünü daha gümrah hiss etdiyini bildirir.
Hüseyn Həsənov təkcə qidalanmasını deyil, həm də ətrafındakı insanları dəyişdiyini vurğulayıb. O, neqativ mühitdən uzaqlaşmağın və düzgün insanlarla vaxt keçirməyin həm mental, həm də fiziki sağlamlığına müsbət təsir etdiyini qeyd edib.
Lalə Qüdrətova
Milli.Az

















