"Nazir belə mənimlə maraqlandı, Rasim Balayev yox"

"Nazir belə mənimlə maraqlandı, Rasim Balayev yox"

Xəbər verdiyimiz kimi, Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən 82 yaşlı aktyor səhhətindən danışıb.O bildirib ki, hazırda dörd xəstəlikdən müalicə alır:

"Hazırda orqanizmimdə 4 problem var. Birinci, burun-boğaz problemidir. Bu da nəfəs almağımda çətinlik yaradır. İkinci, əsas problem mədə-bağırsağımdadır. Yara var, onu sağaltmalıdırlar. Eyni zamanda prostat problemim ortaya çıxıb. Və ən böyük problem isə sağ tərəfimdə quruma var. Əlim və ayağım quruyur. Həkimlər ayrı-ayrılıqda bu problemləri aradan qaldırmağa çalışırlar. İlk növbədə mədəmdəki problemi yoluna qoymalıyıq. Hazırda xəstəxanadayam. Ən yaxşı həkimlər mənimlə məşğul olurlar".

Şeyx Əbdül bildirib ki, hər kəs onunla maraqlanır, bircə, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev yox: 

"Mədəniyyət naziri (Adil Kərimli - red.), digər kino xadimləri səhhətimlə maraqlanırlar. Tək mənimlə maraqlanmayan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev oldu. Əvvəl ittifaq bölünmüşdü: Şəfiqə Məmmədova və Rasim Balayev. Mənim təkidimlə, müraciətimlə bu ittifaq birləşdirildi. Həmin gündən onlar məndən küsdülər. Kino ittifaqını mər yaratdım. Görünür, birləşmək istəmirdilər. Şəxsi maraqlarını kino maraqlarından üstün tuturlar.

Bu ittifaqın işi kino çəkmək deyil. Onların işi kino xadimlərinə qulluq etmək, onlarla maraqlanmaqdır. Onların film çəkilişinə aiddiyatları yoxdur. Dövlət pulu onların şəxsi maraqları üçün ayırmır.

Bu sahədə qalan ən yaşlı kino xadimlərindən, ağsaqqallardan biriyəm. Ömrümü kino sahəsinə həsr etmişəm. Qazandığım sevgini, hər şeyi kinoya borcluyam. Rasim Balayev mənimlə maraqlanmalı, yanıma gəlməlidir. Uman yerdən küsərlər. Bunu istəmək mənim haqqımdır. İttifaq bizə xidmət etməlidir. Onlara ayıb olsun". 

Milli.Az