Efirlərdən yoxa çıxan Arzu: “İnsult keçirdim, əməliyyat olundum” – VİDEO

Efirlərdən yoxa çıxan Arzu: “İnsult keçirdim, əməliyyat olundum” – VİDEO

Uzun müddətdir səhnələrdən uzaq düşən müğənni Arzu Mələk efirə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi "Elgizlə izlə" ictimai-sosial verilişinə gələrək, efirlərə çıxmamasının səbəblərini açıqlayıb. 

Arzu 1 il əvvəl insult keçirdiyini və əməliyyat olunduğunu bildirib: 

"Bir il yarımdır ki, səhhətimdə problem var. Müalicələr almışam. Boynumdan əməliyyat olunmuşam. O nahiyyəmdə şiş var idi. Moskvada şişdən nümunələr götürülüb, 2 dəfə "biopsiya" etdilər. Mən bir il əvvəl orada insult keçirdim və xəstəxanada yatdım. İnsanlar elə zənn ediblər ki, Moskvada işlə-güclə məşğul olmuşam. Amma belə olmayıb. Bir il yarım səhhətimdə problem yaşandı, həkimlərə müraciət etdim.

İnsultu isə atamı itirəndən sonra keçirdim. Bu problem məndə bir il yarımdan sonra başladı. "Biopsiya"dan sonra həkimlər dedilər ki, təkrar əməliyyat olunmayacaqsan, boynundakı şiş müalicələrlə keçib gedəcək. Aylarla Moskvada müalicələr aldım, amma xeyri olmadı. Şiş getmədi. Hazırda da həmin şişə görə küt ağrılarım olur.
Ağrıkəsici iynələrdən istifadə edirəm. Boynumdakı şiş müalicələrlə keçib getmədiyinə görə təkrar əməliyyat olunmalıyam. O şiş bütovlüklə boynumdan götürülməlidir. Hər gün üstümə təcili yardım gəlirdi. "Pristuplarım" olurdu.
Ağrılardan əlimi başıma alıb qışqırırdım. Bax, bu vəziyyətdə idim. Sonra həkim mənə söylədi ki, həmin şişin sıxıb sənə "pristuplar" verən hissəsini kəsib götürəcəyəm ki, ağrıların azalsın.

Doğrudur, "pristuplarım" əməliyyatdan sonra dayandı. Amma küt ağrılarım azalmadı. Artıq boynumda hissiyatım yoxdur, çünki oranı dondurublar". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun