"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən. Elə sevərsən ki, dəli olarsan. Bundan gözəl nə var ki?".
Milli.Az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Sevilən səhər" proqramında deyib. O, boşanmalardan və sevgidən danışıb.
Musiqiçi aparıcı İsa Şükürovun "Açıqlamada demişdiniz ki, kişi qadından ancaq namus üstə boşanar" sözlərinə belə reaksiya verib:
"Bəli, demişəm. Buna aydınlıq gətirə bilmərəm. Bütün ailə quran insanlara xoşbəxtlik arzulayıram. Nəyisə dedin, getdi, "kaş" deməklə qayıtmır. Artıq elə qalmaqallı açıqlamalar vermirəm. Ailəmlə, övladlarımla xoşbəxtəm". (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















