"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"

"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"

Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi efirdə şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib. O bildirib ki, iki dəfə ailə qurmasına baxmayaraq, heç vaxt "ər çörəyi" yeməyib:

"İki dəfə ailə qurdum, amma ər çörəyi yemək qismət olmadı. İki dəfə dairə vurdum, yenə də öz qazancımı yedim. Verən olsaydı, ər çörəyi yeyərdim".

Aysun İsmayılovanın bu sözləri studiyadakı qonaqlar arasında gülüşə səbəb olub, eyni zamanda müzakirələr yaradıb. Sözügedən açıqlama sosial şəbəkələrdə də geniş yayılaraq maraqla qarşılanıb.

Musa
Milli.Az