Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu "Ayrı düşdük" mahnısı oğurlanıb.
Milli.Az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib.
O bildirib ki, Keti Xuçişvili adlı gürcü müğənni mahnını oxuyub və müəllifin kimliyini qeyd etməyib.
"Gürcü müğənnisi musiqimizi oğurlayıb oxuyub. Üstəlik hər yerdə bizim musiqimizi gürcü mahnısı kimi təqdim edir", - Xalq artisti bildirib.
Qeyd edək ki, bundan əvvəl B.Dadaşovanın mahnıları dəfələrlə erməni ifaçılar tərəfindən oğurlanıb.
Milli.Az

















