Əməkdar artist Naina İbrahimova, doğum günü olan atası, Xalq rəssamı Ağaəli İbrahimovun doğum gününü təbrik edib.
OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında yazıb:
"Mən səni sevirəm, ata! Bu gün atamın doğum günüdür! Elə taleyə və qismətə şükür edirəm ki, məhz sənin qızınam. Səni yalnız qızın kimi deyil, həm də kənardan bir insan kimi, böyük bir rəssam və yaxşı, etibarlı bir şəxsiyyət kimi dəyərləndirir və sevirəm.
Sənə minnətdaram ki, lap uşaqlıqdan mənə yaxşı zövq aşılamısan: mən böyük bəstəkarların musiqilərini dinləmişəm, dahi rəssamların əsərlərini görmüşəm, böyük şairlərin şeirlərini oxumuşam, möhtəşəm rejissorların filmlərinə baxmışam. Məhz buna görə də bu gün sənəti nə qədər təhrif etməyə çalışsalar da, məni incəsənətdə heç vaxt aldada bilməyəcəklər!
Sənə möhkəm can sağlığı arzulayıram. Yaşa, yarat, istehsal et və olduğun kimi qal! Və həmişə yanımda ol! Var olduğun üçün təşəkkür edirəm!!! Mən səni sevirəm!".

















