"Xanım müğənnilərin bu gün fəxrlə dilə gətirdikləri, ən çox sevdiyi kəlmə "ərim" sözüdür. "Ərim gəlib, ərim zəng edib". Həmkarları ilə danışanda mütləq bu sözü yeri gəldi-gəlmədi işlədirlər".
Milli.Az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında müğənni Vasif Məhərrəmli səsləndirib.
"Çünki müğənnilik asan sənət deyil. Karyerasında irəliləmiş qadın müğənnilər də özlərini adi qadın kimi xoşbəxt hiss etmək ehtiyacı hiss etdilər. Üstəlik "həci"lər barədə söz-söhbətlər çoxaldıqdan sonra görünür buna ehtiyac hiss edirlər",- deyə o ildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun