Azərbaycana "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal qızları Jasmin və Səidənin yanına İngiltərəyə yollanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi övladı Jasminlə birgə Londonun qərbində, Vestminster səmtində yerləşən Apollo Viktoriya Teatrına baş çəkiblər.
Orada tamaşa izləyən Nigar qızı Jasminlə çəkdiyi görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, N.Camalın qızı Jasmin peşəkar futbolla məşğuldur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun