"Kiralık Aşk" serialındakı "Koriş" obrazı ilə məşhurlaşan Onur Büyüktopçu ekranda eyni simaları görməkdən şikayətlənib.
Milli.Az olay-a istinadən bildirir ki, Büyüktopçu jurnalistlərə müsahibəsində prodüserlərə səslənib:
"Prodüserlərin silkələnmələri lazımdır. Mədəm bulanır hər kəsi eyni işdə görməkdən. Bir işi bitir, digərinə başlayır. Soruşanda da onların ölkə xarici satışlarının yaxşı olduğunu deyirlər. İzləyici olaraq çox sıxıldım eyni simaları izləməkdən".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun