"Elə bir yaşlı sənətkar var ki, onun adını burada çəksəm və həmin şəxsin bu hərəkəti etdiyinə and içsəm, inanmazsınız".
Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyeva "Rəngarəng səhər" verilişində deyib.
O, ad çəkmədən həmkarına səslənib:
"Həmin şəxs bilir ki, hazırda mən ondan danışıram. Mənim toylarımı əlimdən alan həmin şəxsin adı digərlərindən daha çox çəkilir. Efirdən də sənin gözünün içinə baxıram. Yaşından-başından utan! Əlindəki mikrofon da qocalıb. İnsanların çörəyi ilə oynama".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun