Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Doğuş Acun Ilıcalının məşhur "Survivor" yarışmasına qatılıb və bir neçə gün əvvəl oyundan uzaqlaşdırılıb.
Milli.Az-ın məlumatına görə, Doğuş videoaçıqlama yayımlayıb. O, efirə getməyən müsahibəsini izləyiciləri ilə bölüşüb.
"Yarışmadan əvvəl ciddi bir çəki problemim var idi. Yarışmada həmin artıq çəkiləri atdım. "Survivior"a başlama səbəbim gözəl oldu. İdmanı atdım, kilo aldım. İndi bir daha kilo almamağı düşünürəm. Deyirlər, uzaqlaşdırılmağa layiq idin? Yəqin layiq olduğum üçün oyundan çıxarıldım" deyə, Doğuş bildirib.
Qeyd edək ki, müğənni aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir. Onun bu nikahdan Arın və Arda adlı iki övladı var.
Milli.Az
















