"Kızılcık Şerbeti"nin "Abdullah"ı Settar Tanrıöğenin səhhəti ilə bağlı xəstəxanadan açıqlama edilib.
Milli.Az olay-a istinadən bildirir ki, xəstəxanadan aktyorun vəziyyətinin stabil olduğu deyilib:
"Durumu stabildir. Bu cür beyin qanamalarından sonra ortaya çıxa biləcək risklərə görə, xəstəmizi bir müddət də xəstəxanada saxlayacağıq".
Qeyd edək ki, Tanrıöğen beyninə qan sızması səbəbiylə əməliyyat olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun